Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
30 il öncə bir-birilərinə hansı gecə klubunun daha ecazkar olması barədə məlumat ötürən dostlar indi hansı yuxu dərmanının daha effektiv olmasından dəm vururlar.
2.
Fransız azərbaycanlıdan soruşur:
-Niyə biz şəhərimizə Pari deyirik, sizsə Paris? Bu s hərfi hardan çıxıb?
Azərbaycanlı cavab verir:
-Bizdə əsas söyüşlər bu hərflə başlayır.
3.
Erməni lətifəsi:
-Aşot, haçana kimi sən arvad düşkünü olub evinə kefinə düşəndən düşənə gələcəksən? Ay vəfasız, bizim artıq 3 uşağımız var, sən it-batsan deyə heç biri də səndən deyil.
4.
-Atoppanın oğlu uje sroka oturub, amma sən hələ də mamanın boynunda oturmusan.
5.
-Salam. Mən müsahibəyə gəlmişəm.
-Salam, siz müsahibəyə gəlmisiz?
-Mən həmişə bir gediş irəlini fikirləşirəm.
-Sizin ən yaxşı keyfiyyətləriniz hansıdır?
6.
2055-cü il.
Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda koronavirus epidemiyasının yayılmaması məqsədi ilə 2020-ci ildən tətbiq olunan karantin rejimi daha bir il uzadılmışdır.
“Ədəbiyyat və incəsənət”
(25.06.2024)