Sənin nə işin var - MİNİATÜR HEKAYƏ

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam  etdirir. 

 

 

Konsulluğun qadın əməkdaşlarından biri baş konsulun kabinetinə gəlib, Bakıya xəstə anasının yanına getmək üçün ondan bir həftəlik icazə istəyir.

X.Qoca deyir:

-Bir həftə az olar, get, iki-üç ay Bakıda gəz, sonra gələrsən...

Əməkdaş:

-Bəs, mənim işimi kim görəcək?

X.Qoca gülümsəyərək:

-Burada heç mənim işim yoxdur, sənin nə işin var? - deyir.

Doğrudan da həmin qadın üç il idi konsulluqda çalışırdı, amma heç kim bilmirdi o nə işlə məşğuldur. Baş konsul isə bilirdi ki, ailə başçısını itirmiş bu qadını maaş alıb dolanmaq üçün bu işə göndərmişdilər...

 

Ədəbiyyat və incəsənət”

(25.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.