GÜLÜŞ KLUBUnda küçə asfaltlanması barədə tapmaca Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Yoxsullula mübarizə heç də yoxsulların öldürülməsi deyil! 

 

2.

Həvəskar kolbasası bir ay fitneslə məşğul oldu və doktor kolbasasına çevrildi.

 

3.

Nurəli zibilə düşüb. Facebook-da bir qızın şəklinin altına layk qoyub, indi qızın qardaşları dirəniblər ki, bəs namus məsələsidir, qızı almalısan. 

 

4.

Rus lətifəsi. 

Moskvanın küçəsi. 

QAİ inspektoru bir köhnə 06-nı saxlayır. Gürcü sürücüyə deyir:

-50 manat ver get.

Sürücü başını bulayır:

-Xeyir olsun? Vermirəm. Məndə heç bir çatışmazlıq yoxdur. 

QAİ inspektoru tərs-tərs təpədən dırnağa sürücünü süzüb soruşur: 

-Sənədlər var?

-Var.

-Qaydasındadır?

-Bəli. 

-Ödənməmiş cərimən var?

-Yoxdur. 

-Texosmotrdan keçibsən?

-Bəli. 

-Sığorta var?

-Var. 

-Apreçka var?

-Var əlbəttə. 

-Oqnetuşitel var?

-O da var. 

QAİ serjantı ah çəkir.

-Yaxşı, maqnitolan var?

-Var.

-Qoş oxusun.

Gürcü sürücü Ləzginka musiqisini qoşur. Serjant ortaya düşüb oynaya-oynaya deyir:

-50 manat ver, get.

Gürcü ikiqat təəccüblə “niyə verim ki?” soruşanda serjant təngnəfəs deyir:

-Adamsan, adam balasısan, görmürsən, səninçün oynayıram?

 

5.

Səfeh suallara biz cavab vermək istəmirik, ağıllı sualların isə cavabını bilmirik. 

 

6.

Tapmaca.

Niyə bir küçəni beş ildir ki dalbadal qaşıyıb yenidən asfaltlayırlar, bir küçənisə otuz beş ildir ki, dağılsa da asfaltlamırlar? 

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.