“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam etdirir.
Xeyrəddin Qoca səhər tezdən evini təmir edən ustaya zəng vuraraq zarafatla deyir:
-Usta, mənə iki milyon dollar lazımdır.
Usta yuxulu-yuxulu sanki həmin məbləğin bir hissəsini verəcəkmiş kimi, soruşur:
-Çox deyil?
Xeyrəddin Qoca dillənir:
-Yaxşı, milyon yarım olsun!
Usta zarafatı başa düşüb xeyli gülür...
Ədəbiyyat və incəsənət”
(21.06.2024)