100 manata çobanyastığı Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

-Bu gün ilk dəfə taksisürənə 5 ulduz qoydum.

-Komfort, rahat idarə, mənzil başına tez çatmaq? 

-Yox əşi. Samokatsürənə bir qoydu ki. 

 

2.

Gül dükanında çobanyastığı çiçəkləri 100 manatdan satılır və uçur. Çünki gülsatan qaqaş yazıb vurub ki, “bunların ləçəklərini “sevir, sevmir” deyib qoparanda “sevir” alınır. 

 

3.

Apple Nyutonun başına düşən almadan bir dişdəm vurub özünə emblem düzəldib. Şükür ki, hamısını yeməyib.

 

4.

Topoqrafik kretinizm - səhər tezdən evdən çörək dalınca çıxırsan, bir aydan sonra səni Çindən deportasiya edirlər.

 

5.

Qadın - təsadüfi fikirlərin generatorudur. 

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.