Tacik təyyarəsi Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Təyyarə qəzaya uğramaqdadır. Hamı panikada, çığır-bağırda.

Təkcə bir qadın sakitcə oturub.

Biri bunu görüb ondan soruşur:

-Yəni siz xilas olunacağınıza əminsiniz?

-Bəli.

-Hardandır axı bu əminlik?

-Bilirsiz, mənim qaynanam dünyanın ən bəxti gətirməyən şəxsidir. 

 

2.

Amerika.

-Mənim cəmi 45 yaşım var. Ailə qurmaq, uşaq yiyəsi olmaq hələ çox tezdir.

Afrika.

-Mənim artıq 25 yaşım var. Və bu yaşda

cəmi 3 nəvəm var. 

 

3.

Mən hər dəfə sabahdan içkini atacağıma söz verirəm. 

Amma səhər ayılanda təqvimə baxıb görürəm ki, yenə də bu gündür.

 

4.

Bir dəfə Tacikistandan Bakıya gələndə tacik aviakompaniyasına məxsus təyyarə ilə gələsi oldum. Və başa düşdüm ki, öz smartfonumu kreslonun arxasındakı usb portuna qoşanda, mənim telefonum təyyarəyə “zaryatka” verməyə başlayır. 

 

5.

Bu da 3-cü minillik. 

Evlərdə üç televizor, üç kompüter, beş mobil telefon və tapa bilsən, bir kitab. 

 

6.

İşə götürülən gənc xanım bir kadr kimi peşəkar idi. 70 yaşlı müdirsə həvəskar idi. Peşəkar həvəskarı!

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.