AYNA qəşəng OYNA-yır Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

O, küçəylə fit çalaraq veyil-veyil gəzirdi, başının üstüylə isə itirilmiş şansları qıy vuraraq uçuşurdu.

 

2.

Bir vaxtlar qəzetlərlə nazirləri, komitə və partiya sədrlərini vururdular. İndisə ən yaxşı halda bükərək milçək, yaxud ağcaqanad vururlar.

 

3.

RESTORANDA

Müxtəlif millətlər ziyafət masası arxasında oturublar.

Amerikalı arvadına deyir:

-Mənə bal ver, balım mənim.

İngilis arvadına deyir:

-Mənə şəkər ver, şəkərim mənim.

Erməni arvadına deyir:

-Mənə ət ver… 

Düşünüb əlavə edir:

-…inəyim mənim.

 

4.

Əsl çinli ömründə 3 şey düzəltməlidir: krossovka, cins və mobil telefon.

 

5.

Xəqani küçəsindən 30 ildir ki, bakılılar öz avtomobilləri ilə Puşkin küçəsinə dönürdülər. Gecəylə orada gözdən oğrun bir yerə dönmək qadağandır nişanını qoyan Nəqliyyat Agentliyi (AYNA) gündə təqribən 60-70 sürücünün 80 manatdan cərimələnməsini təmin edir. 

Bu qabaqcıl təcrübəni digər küçələrdə də tətbiq etmək, mənfur, harın, varlı-hallı sürücüləri daim cərimələməklə büdcəni doldurmaq innovativ və kreativ təşəbbüsdür. 

Öz aramızdır, AYNA qəşəng OYNA-yır.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.