Yəhudi stomatoloqun elanı Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

DİALOQ

-Sabah görüşək?

-Görüşək.

-Səni necə tanıyacam?

-Mən iki saat gecikəcəm.

 

2.

LÖVHƏ

-Professor o qədər özünü itirmişdi ki, paltarını soyunmağı unudub paltarlı halda vannaya uzanmışdı. 

-İslanıb pis günə düşdü?

-Yox, o o qədər özünü itirmişdi ki, suyu açmağı da unutmuşdu. 

 

3.

DEYİM

Fevral ona görə gödək aydır ki, insanların yazı gözləməyə səbirləri çatmır deyə qışın son ayının tez getməsini tələb edirlər.

 

4.

QARA YUMOR

Hamıdan hündürdə olmaq heç də o deyil ki, sən dar ağacından asılasan. 

 

5.

XARAKTERİSTİKA

“Bir də mənə zəng etmə” deyib qadınlar sonradan həsrətlə zəng gözləyirlər. 

 

6.

ELAN

1 yaşa kimi uşaqların dişləri pulsuz müalicə edilir.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.