Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Teatrın bufetində traqik və komedik iki ahıl aktyor oturublar. İllərdir ki rol almırlar deyə çox pəjmürdədilər.
Tragedik aktyor pessimistcəsinə söyləyir:
-Un. Tamam unudublar ki, rol vermirlər.
Komedik aktyor optimistcəsinə söyləyir:
-Unutmaylblar. Əsla unutmaylblar ki, rol da vermirlər.
2.
Məşhur müğənni xanımlarımızdan biri Karolina Valyant mağazasından çox baha bir xəz kürk alır. Pulu ödəyəndən sonra satıcıya deyir:
-Xanım qız, bir xahişim var, olar, bu kürkü bizə evə gətirsinlər?
-Əlbəttə olar.
-Amma bir xahişim daha var. Olar, gətirən əvvəlcə qonşunun qapısını döysün, kürk əlində məni soruşub, səhv gəldiyini bildirəndən sonra mənim qapımı döysün?
3.
Bir deputatımıza Milli Məclis iclasında sədrin intellektual və mədəni səviyyəni yüksəltməyin vacibliyi barədə çıxışı o qədər xoş gəlir ki, axşam Heydər Əliyev sarayında Simfonik Orkestrin konsertinə gedir.
O içəri girəndə konsert yenicə başlamışdı, ilk əsər ifa olunurdu.
O, keçib yerini taparaq əyləşir və yanındakı şəxsdən soruşur:
-Hansı əsərdir bu?
Şəxs deyir:
-Bethovenin 9-cu simfoniyası.
Deputat içini çəkir:
-Gör nə qədər gecikmişəm ki, uje doqquzuncudur.
4.
Ortayaşlı məmurların məclisində birinin söylədiyi tost:
-Bizim xoşbəxt uşaqlığımız olub, biz pampers taxmamışıq. Gəlin o sağlığa içək ki, qocalanda da pampers taxmaq qismətimiz olmasın.
5.
-Ağıllı televizor niyə bizim kanalları göstərmir bəs?
-Ağzında “ağıllı” deyirsən. Ağıllı televizor da heç bizim kanalları göstərər?
(“Bakılı oğlanlar”ın yumorundan)
6.
Hər bir çoban yaxşı bilir ki, sürünü hürkütmək nə deməkdir.
Sürü hürkdümü, irəli cumacaq və məhz irəlidəki çobanı tapdalayacaq.
7.
Erməni məsəli:
-Haykanuş indiyənətən 22 kişisi olduğunu etiraf edəndən sonra mən binəva daha futbola baxa bilmirəm.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)