Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
İşəgötürən sehirkar axtarışında olur, amma adətən qarşısına həmişə nağılçı çıxır.
2.
Məndən “işlərin necədir” deyə soruşanda o qədər sevinirəm ki. Demək, kənardakılar hələ də elə bilirlər ki, mənim nəsə bir işim-zadım var.
3.
Həqiqət hamı üçün eyni olsa da, yalan hamı üçün müxtəlif cürdür. Birində işinin xətrinə, birində dolanışığının xətrinə, birində aldatmaq üçün, birində xilas etmək üçün…
4.
ETİRAF: Bu gün mən yerə yıxılmış bir qoca, kasıb qadına kömək edib onu qaldırdım.
Hardan bildim kasıblığını: sonradan pulqabından cəmi 1 manat taparkən.
5.
Gəncliyimdə mən yuxularımda uçurdum. İndi o qədər ehtiyatkaram ki, yuxularda yalnız sürünürəm.
6.
Zamanımızda musiqi müsabiqəsi. Bir gənc çıxış edir.
Aparıcı:
-İfa edən olduqca istedadlı gəncimizdir, adı Motsartdır.
Bədxah köks ötürür:
-Deyəsən Salyeri işinin öhtəsindən gəlməyib.
Yanında oturan:
-Qənaətə gəlməyə tələsmə. Salyeri jüridədir.
“Ədəbiyyat və incəsənət”
(16.04.2024)