Bizimkilər və monqollar Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Aytəkin xanım 24 yaşında böyük bir holdinqin rəhbəri oldu. Buna səbəb aşağıdakılardır:

1.O həmişə səhər ertədən oyanırdı. 

2.O kontrastlı duş qəbul edirdi.

3.O meditasiya ilə məşğul olurdu.

4.Özünüinkişaf kitabları oxuyurdu. 

5.Pozitiv düşünmə kursu alırdı. 

6.Yoqa məşqinə gedirdi.

—————-

7.Onun atası komitə sədri idi. 

 

2.

Çox vaxt sənin beyninə “dünyada sənin qədər heç kəsə pis deyil” fikri gələndə möcüzə baş verir, qarşına səndən də pis gündə olan birisi çıxır.

 

3.

Klaustofobiya - qapalı mühit qorxusudur. Məsələn, deputat Milli Məclisə iclasa gedir, qorxur ki, gedib görər ki, qapılar onun üzünə bağlanıb, mandatı ləğv edilib. 

 

4.

Hadisə Rusiyada vaqeə olur. 

Çağırışçı məntəqəsi.

-Soyadın.

-Oslov.

-İnisialların.

-İ.A.

 

5.

İstehlak səbəti böyüməsin deyə hökumət ora mənəvi dəyərləri də əlavə edib. Çünki onların qiyməti hər gün düşür. 

 

6.

-Siz həm Allaha inamı, həm Darvin nəzəriyyəsini eyni zamanda necə qəbul edirsiniz axı? 

-Çox sadə. Adəmlə Həvva sonsuz idilər deyə, adamlar meymunlardan əmələ gəliblər. 

 

7.

Aşsüzən qapıyla oyuna çıxmış monolların  qapısına cəmi bir top vurmaq ən çətin, ən ağlsığmaz bir iş idi. Amma bizim futbolçular sübut etdilər ki, bütün çətinliklərin öhtəsindən bacarıqla gəlirlər. 

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.