8 mart maskası Featured

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

-Harda qaldı az yemək, çay-çörək ?! İşdən gəlmişəm, yorğunam. Tez ol yemək ver. 

 

İç səsim: şşş... Neynirsən sən, Rasim? Bu gün axı 8 martdı, qadınlar günüdür. Bu gün "az"ı, "ürəyim"lə əvəzlə. Daha şirin bir sözlər söylə. Bu günü yola ver, onsuz da 24 saatdan ibarət bir gündür. Sonra qaldığın yerdən davam elə.  İldə bir dəfə olacaq bir gündür. 

 

-Ürəyim, deyirəm bəlkə bu gün restorana gedək ?! Onsuz, evdə uşaqlar da səni yorur, evin hər əziyyətini çəkirsən. Belə zillət olmaz axı. Sən də axı qadınsan. Dur, dur hazırlaş gedirik restorana...

 

“Karikaturist sətirlər" silsiləsindən.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.