Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Yaşlaşmaq - bu o zamamdır ki, artıq özünə oyuncaqları özün alırsan.
2.
-Alo, bu alkoqoldan müalicə dispanseridir?
-Bəli.
-Mənim sualım var. Əgər insan alkoqolu ekzistensial fikirlə qəbul edərsə, bu, neyrogenezi yaxşılaşdıra bilərmi?
3.
Optimist düşünür ki, sabahkı gün “bomba” olacaq.
Pessimist düşünür ki, sabahkı gün “lomka” olacaq.
Realist isə düşünür ki, sabah açılsın, görək günü necə olacaq.
4.
Azərbaycan dilində daha nahar sözünün əvəzinə lanç, istirhət günləri sözünün əvəzinə uikend, işsiz sözünün də əvəzinə bloger sözü işlədilir.
5.
“Prius” sürücüsü Smert Tofiq möcüzə şəklində Formula 1 trasına düşə bilir, yolda hətta iki sərnişin də götürməyə macal tapır və yarışmanın qalibi olur.
6.
Qardaş, nahaq bu dünyadan şikayət edirsən. Sən hələ o biri dünyaları görməmisən.
“Ədəbiyyat və incəsənət”
(11.03.2024)