Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Karlar cəmiyyətində heç kəsin xəbəri olmadı ki, müdirlərini tutublar.
2.
İnsanları nədənsə onlar üçün yaşayanlardan daha çox onlar üçün ölənlər ilgiləndirir.
3.
O kasıb olanda ona çoxusu lazım idi. Amma o, heç kimə lazım deyildi.
Elə ki o varlandı, o, çoxusuna lazım oldu. Amma ona heç kim lazım deyildi.
4.
Yalnız kimdən borc ala biləcəyin barədə düşünərkən nə qədər yalnız olduğunu anlayırsan.
5.
Səfeh adamlar ümumi dil, ağıllı adamlarsa ümumi maraqlar tapırlar.
“Ədəbiyyat və incəsənət”
(23.02.2024)