Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Vicdan ən bahalı orqan imiş. Çünki onu satanlar indi ən varlı insanlardır.
2.
Əziz qadınlar, əgər sizə ən hündürboy, ən yaraşıqlı, ən varlı, ən qayğıkeş kişi düşübsə, unutmayın ki, siz internetdəsiz.
3.
Siçan-pişik oyununda yaxşısı budur ki, it olasan.
4.
Doğum evində hədiyyə kampaniyası: ikisini birdən doğana üçüncü hədiyyə!
5.
Skleroz odur ki, kimə borclu olduğunu unudursan. Morazm isə kimin sənə borclu olduğunu unutmaqdır.
6.
Kasıb keçmişdə inəyinin adını gümüş qoyardı, indi isə toyda süfrəyə kilosu 3 manatlıq süni kürü qoyur.
“Ədəbiyyat və incəsənət”
(21.02.2024)