Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
BAŞGİCƏLLƏNDİRİCİ
Soruşursan, niyə qış belə sərt keçir, dalbadal qar yağır, deyirlər, çünki qlobal istiləşmə baş verir.
Soruşursan ki, ərzağın qiyməti niyə durmadan artır, deyirlər ki, çünki neft bahalaşır.
Gəl indi baş çıxart.
2.
DODAQQAÇDI
-Belə havalarda adam istəyir heç divandan qalxmasın, saatlarca seriallara baxsın.
-Necə havalarda?
-Lyuboyunda.
3.
OLMUŞ HADİSƏ
Araik dostu Serj Sərkisyana yaxınlaşıb deyir:
-Mən Petros Petrosyanın arvadı ilə yatıram. Sənə qurban, sən onun başını iki saat qata bilərsən iclasdan sonra?
Bu Serj Sərkisyana xoş gəlmir, zira, dostluqları naminə bunu etməyə söz verir.
İclasdan sonra Serj başlayır Petrosa gic-gic suallar verməyə ki, onu yubatsın. Nəhayət, Petros bezib soruşur:
-Sən nəyə nail olmaq istəyirsən?
Serj özünü günahkar saydığından məcbur olub həqiqəti açıb söyləyir:
-Dostum Araik sənin arvadınla yatır. Məndən xahiş etdi ki, səni yubadım.
Bu vaxt Petros gülümsəyir, əlini Serjin çiyninə qoyub deyir:
-Yaxşısı budur, sən evə tələsəsən. Mənim arvadım bir ildir ki, vəfat edib.
4.
GÜLMƏLİ
Putinin bir çox “dvoyniki” var. Amma onun bir neçə də “troyniki”, eləcə də “udliniteli” var.
5
TÖVSİYƏ
Yuxunu heç nə bir fincan qaynar, süd qatılmış Yakobs qəhvəsi qədər dağıda bilməz. Bu şərtlə, fincanı əlindən qarnının üstünə salasan.
“Ədəbiyyat və incəsənət”
(25.01.2024)