Monika Levinski - baş qəhrəmanımız Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

AMERİKA LƏTİFƏSİ

Bir şeyi anlaya bilmədim. Hillari Klinton necə olur ki, bütün Amerikanı xoşbəxt edəcəyi vədini verir? Axı o, təkcə Bil Klintonu Monika Levinskinin köməyi ilə xoşbəxt edə bilmişdi? 

 

PAPANİN LƏTİFƏSİ

Ağabala evdə oturub. Qapı döyülür. O qapını açanda kəndarda zürafə, tutuquşu və dovşan görür. 

Ağabala gözlərini ovuşduranda hər üçü bir ağızdan deyir:

-Bizə informasiya gəlib ki, burada hallüsinoqenlərdən qədərindən çox gen-bol istifadə edirlər. 

 

TOVUZ LƏTİFƏSİ

Tovuzlu Ələkram Tovuzla Qazaxın sərhədində yaşayır. Və onu o narahat edir ki, bostanını qazmağa başlayanda rouminqi işə düşür. 

 

ÇİN MƏSƏLİ

Güc düzgünlükdədir. Kimin gücü çoxdusa, o da düzgündür.

 

İNGİLİS MƏSƏLİ

Konservatorlar - varlanmış liberallardır. 

 

RUS LƏTİFƏSİ

Rusiyanın özündə əksər KİV Putin haqda lətifə yazsa belə, Türkmənistanda bunu etməyə heç kəsin cəsarəti çarmır. 

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.