Sərtyel, “Ədəbiyyat və incəsənət”
“ZAQS” idarəsində:
-Bəy, sən hazırsanmı ki, ölüm barədə şəhadətnamə sizi ayırmayınca, ömür boyu pulsuz, dostlarsız, günahkar, borclu və yarıac olasan?
Müğənni xanımın etirafı:
-Mən arıqlamaq qərarı verib pəhrizə keçdim və bu barədə də instaqramda paylaşım edib şəklimi də qoydum, altından “əvvəl” yazdım. Bir aydan sonra yeni şəklimi qoyub altından “sonra” yazmaq istəyirdim ki, gördüm, indi əvvəlkindən də kökəm. Məcbur qalıb şəklin altından “lap əvvəl” yazdım.
Heç də hər bir it qəlbində çoban iti kimi yırtıcı olmur, amma hər bir pişik qəlbində pələngdir.
Aksiomdur. Varlılar həmişə kasıblardan az yeyirlər.
Rus məktəbində korporativdə coğrafiya müəllimi qlobusu, nəğmə müəllimi qarmonu, fizruk topu, tarix müəlliməsi isə reputasiyasını satıb puluna araq alıb vurdular.
“Ədəbiyyat və incəsənət”
(07.01.2024)