Sərtyel, “Ədəbiyyat və incəsənət”
Mən orijinal lətifələri və real məzəli əhvalatları xoşlayıram. Bu dəfə sizə Qazax rayonunun Yuxarı Salahlı kəndində nənələrdən eşitdiyim bir məzəli əhvalatı danışacam.
Bir kişinin 4 qızı olur. 4-ü də pəltək olur. Bir gün onlara elçi gəlir, anası qızlara bərk-bərk tapşırır ki, kirmiş dursunlar.
Qızlar da dillərini dinməz edib sakitcə işin gedişini gözləyirlər.
Ana yenicə sağdığı inək südünü artırmaya qoyubmuş. Bu vaxt pişik gəlib südü yalayır.
Evin kiçik qızı özünü saxlaya bilməyib deyir:
-Pisik südü laladı.
Bu dəm pişik süd ləyənini aşırır.
2-ci qız deyir:
-Laladısa da yelə caladı.
3-cü qız onlara təpinir:
-Dinməsəz noluldu çi?
4-cü qız da söhbətə yekun vurur:
-Dilləli pəltəhdi heyləsinlər.
Elçilər başlarını bulaya-bulaya çıxıb gedirlər.
“Ədəbiyyat və incəsənət”
(15.10.2023)