Mədəniyyət qurban tələb edir. Featured

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

+ Demək, sabah xarici qonaqlarımız var, konsertdi. Zal böyükdür. Ora adam yığmaq lazımdır. Demək, belə edirsən. Zəng vurursan bir iki universitetin rektoruna, tələbələri gətirsinlər, gəlməyəni də ənənəvi üsullarla idarə etsinlər. Daha sonra bizim bu işçilərə də deyirsən, birbaşa Vaqif müəllimin tapşırığıdır, sabah konsertə getməlidirlər. İşdi gördün ağız-burun əyirlər, deyərsən  maaşınızdan tutulacaq, töhmət yazılacaq. 

 

- Vaqif müəllim, bəs işi olanlar nə etsinlər ? Məs; Aynur xanımın övladı körpədi, ona baxmaq üçün getməlidir. Nəcibə xanımın evində yoldaşı xəstədir, ona baxır. Murad bəyin də sabah qızının ad günüdür. Hələ digərlərini demirəm. Belə işlər könüllü olacaq işlər deyilmi sizcə ? 

 

+ Sən nə danışırsan ?! Xaricdən gələnləri 5-10 nəfər izləsin deyirsən ? Bəs bizə nə deyərlər ? Deməzlər hanı sizin mədəniyyətiniz, yüksək bədiiliyiniz, estetikanız? Yox, gəlməlidirlər. Mədəniyyət qurban tələb edir. 

 

- Vaqif müəllim, qurban niyə bizlər olmalıyıq axı? Xaricdən gələnlər qoy görsünlər ki, həqiqətən marağı olanlar gəlib, onların izləyici bizdə bu qədərdir. Onlar bu az sayı gördükdən sonra hansısa addımlar ataraq bu sayı yüksəltmək üçün düşünməlidirlər. Çünki zövqlər, düşüncələr müxtəlifdir. Kimisə zorla nəyəsə məcbur etmək doğru deyildir. Konsert üçündə zalı məcburiyyətdən doldurub, süni görüntü yaratmaq lüzumsuzdur. Necə ki, küçə musiqiçilərini kimin üçün maraqlıdırsa, kimin zövqünü oxşayırsa onlar izlədikləri kimi. Eyni zamanda kəmiyyətdən öncə yüksək keyfiyyət də önəmlidir. 

 

P.S. Sizcə, haqlı olan işçi haqsız olan Vaqif müəllimi razı sala bildimi? Yoxsa danlaq yiyəsi oldu?

Cavabı özünüz müəyyənləşdirin. 

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.