Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
-Salam, zəhmət olmasa çörək verərsiniz.
+ Salam, üzr istəyirəm, amma çörək qalmayıb, yoxdur.
- Heç qalmayıb ?!
+ Xeyr.
- Heç bir dənə də ?
+ Yoxdur, bəy! Heç bir dənə də qalmayıb.
- Yaxşı baxın, bəlkə, kənarda da olsa qalıb.
+ Qardaş, vallah qalmayıb, olsa mütləq verərdim.
- Doğrudan qalmayıb?!
+ And olsun uca Yaradana, atamın qəbrinə, anamın, dayılarımın canına, kəndimizdəki məscid haqqı, Həzrəti Abbas haqqı qalmayıb.
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)