Onilliyin ən etibarlı avtomobilləri elan edilib Featured

 

“Ədəbiyyat və incəsənət” avtomobilsevərlər üçün növbəti xəbər hazırlayıb. Rubrikanı Nihad Alimoğlu aparır. 

 

Salam, dəyərli avtomobilsevərlər. Öncə ənənəvi şüarımızı səsləndirək: “Bütün gözəlliklər, o cümlədən gözəl avtomobillər də bir incəsənətdir”.

Sonra isə xəbərimizə keçid alaq. 

 

 

HotCars resursu onilliyin ən keyfiyyətli avtomobillərinin reytinqini təşkil etmişdir. İnformasiya ən müxtəlig məlumat bazaları və müxtəlif hesabatlardan (Kelly Blue Book, CarEdge, ConsumerReports, J.D. Power, Edmunds и CarSurvey), o cümlədən  ABŞ-ın NHTSA və IIHS dövlət strukturlarından götürülmüşdür. 

Baza Amerika bazarı götürülmüşdür. 

 

Onilliyin ən etibarlı avtomobili 2015-ci ildən istehsala buraxılan Lexus RX seçilib. Bu avtomobildə praktik olaraq sınası heç nə

yoxdur.  Ardınca — Toyota 4Runner gedir. İlk üçlüyü Ford Expedition qapayır. 2015–2017-ci illərdən buraxılan bu avtomobil 500 min km məsafə qət edə bilir, illik

xərci isə uzağı 900 dollar olur.

Növbəti pillədə daha bir yapon avtomobili - Mazda CX-5 qərarlaşıb. Beşinci isə daha bir Lexus-dur, bu dəfə Lexus GX.

 

Beləliklə, ən güclü avtomobillərin reytinqi:

1. Lexus RX.

2. Toyota 4Runner.

3. Ford Expedition.

4. Mazda CX-5.

5. Lexus GX.

6. Honda CR-V.

7. Kia Sportage.

8. Buick Encore.

9. Toyota Highlander.

10. GMC Yukon.

11. Chevrolet Tahoe.

12. Hyundai Tucson.

13. Toyota RAV4.

14. Toyota Land Cruiser.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.