Gözəl kəlamlar, fikirlər həyatımızı da gözəlləşdirər. “Ədəbiyyat və incəsənət” statusman Hümbət Həsənoğlunun bu dəfə ibrətamiz bir pritçasını təqdim edir.
Samovar çaynikə irad tutdu:- hər stəkana əyilmə, mənim kimi qürurlu ol, qoy stəkanları sənin yanına gətirsinlər.
Çaynik cavab verdi: -Olanımla bölüşdüyümdən, hər stəkana əyilməkdən narahat deyiləm, əksinə, məmnunam.
Elə bu səxavətimə görə də məni insanlar həmişə sənin başının üstünə qoyurlar.
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)