Gəncədə möhtəşəm sirk şousu olacaq

Beynəlxalq “DZİVA” sirk şousu Gəncəyə yola düşür. Mayın 4-dən 9-dək Gəncə İdman Olimpiya Kompleksində Allahverdi İsrafilovun təqdimatında Bakı Dövlət Sirkində nümayişi olmuş “DZİVA” şousu təqdim ediləcək.

 

Bakı Dövlət Sirkinin məlumatına görə, şouda Monte-Karlo festivalı iştirakçıları və digər dünya festivalların səhnəsini fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edəcəklər.

Proqramın süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrılivin şir və pələnglərinin unikal çıxışları şounu bənzərsiz edəcək.

 

Biletləri Gəncə şəhərinin bütün kassalarından və iTicket.az saytından onlayn əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.