Azərbaycanın Serbiyadakı səfirliyinin təşkil etdiyi "Odlar Yurdu, Azərbaycan – Azerbaijan, The Land Of Fire" Mədəni İrs layihəsi çərçivəsində dizayner Gülnarə Xəlilovanın "Qarabağ" kolleksiyasından milli geyimlərin ekspozisiyası təqdim olunacaq.
Gülnarə Xəlilovanın məlumatına görə, tədbir aprelin 18-dən 20-dək Belqraddakı "Madlena" Art Palaceda keçiriləcək. Layihə çərçivəsində Azərbaycan mahnı və rəqsləri, xalçalar və əl işləri də nümayiş ediləcək.
Qeyd edək ki, Gülnarə Xəlilova Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Onun kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə təşkil olunan moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(18.04.2023)