Hazırda Azərbaycan Milli Kitabxanasında “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində işğaldan azad olunan ərazilərdə yaradılacaq kitabxanalar üçün 120.000 nüsxədən artıq kitab toplanıb.
Bu barədə AzərTAC-a Milli Kitabxanadan bildirilib.
Qeyd edilib ki, ilk növbədə kitabxanaların Zəngilanın Ağalı kəndində və Şuşa şəhərində yaradılması nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)