Gözəlliyə hər cür xələl gətirmək mümkündür. O cümlədən tərbiyəsizliklə. İctimai yerdə söyüş söymək, özünü ədəbsiz aparmaq qaydaları ilə dünyanın bütün inkişaf etmiş ölkələrində mübarizə aparılır. Və bu mübarizə qanunla tənzimlənir.
“Ədəbiyyat və incəsənət”in Qazaxıstana ezam olunmuş əməkdaşı oradan maraqlı bir xəbərlə gəlib. Yeni 2023-cü ilin ilk günlərində ölkədə ictimai yerlərdə özünü aparma qaydalarını pozanlar barədə cəzalar daha da sərtləşdirilib. Belə ki, əgər bu günə qədər insanların çoxluq təşkil etdiyi yerlərdə, ictimai nəqliyyatda kimisə söyüb və təhqir edən adam 17 250 təngə və ya 10 gün müddətində azadlığının məhdudlaşdırılması ilə cəzaya məruz qalırdısa, indi bu cəza daha da sərtləşdirilib.
Belə ki, bu ilin mart ayının 6-dan etibarən qüvvəyə minən təzə qanunvericiliyə uyğun olaraq Qazaxıstanda ictimai yerlərdə qaydaları pozan, söyüş söyən, tarixi abidələri və binaları üzərinə nalayiq sözlər yazan, nəyisə uçuran, nəyəsə zədə vuran şəxslər indi 30 gün azadlıqdan məhrum ediləcək və ya 69000 təngə- yəni 260 manat civarında cərimələnəcək.
Qabaqcıl nümunədir, götürə bilərik biz də.
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)