Teatr Muzeyi “Cənnətim Qarabağ” layihəsinə yekun vurub

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi “Şuşa İli” ilə bağlı müvafiq Sərəncamdan irəli gələn tədbirlər planına uyğun olaraq, bu ilə müxtəlif layihələrlə öz töhfəsini verib. Muzeyin açıqlamasında bildirilir ki, bu münasibətlə il ərzində bir sıra silsilə layihələr - tədbirlər, sərgilər, elmi-praktiki konfranslar həyata keçirilib. 

Bunlardan biri də sosial şəbəkələr üzərindən paylaşılmış “Cənnətim Qarabağ” layihəsi olub. 

 

Bu layihə çərçivəsində qədim Qarabağ torpağının yetişdirdiyi ayrı-ayrı incəsənət xadimlərinin həyat və yaradıcılığına həsr olunmuş otuzdan artıq təqdimat olub. Muzeyin fondunda qorunan nadir eksponatlar əsasında hazırlanan rubrikaya son videoçarxla yekun vurulub.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.