Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox yüksək səviyyədə təşkil olunub. Bu vasitə ilə mədəniyyətlərarası dialoqa təsir göstərə bilirik. Turizmin gəlir yerlərinin yaradılmasında rolu məlumdur. Daha aydın desək, iş yerlərinin 10 faizi məhz turizmlə bağlıdır.
AzərTAC xəbər verir ki, bunu BMT-nin Dünya Turizm Təşkilatının icraçı direktoru Zoritsa Uroşeviç VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiyasında deyib.
"Dünyada 2023-cü ildə 1 trilyondan çox turist qeydə alınıb. Bu, kifayət qədər böyük rəqəmdir. Eyni zamanda, sülh şəraitində yaşayan cəmiyyətin qurulmasında turizmin də rolu var. Bu sahədə etika kodeksi vacib şərtdir. Bu mənada, turizmin daxili və beynəlxalq dialoqa necə şərait yaratdığını görürük”, - deyə o vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(02.05.2024)