“İstəyərəm ki, əlvan rənglərə üstünlük verərək həyatımızı gözəlləşdirək!”

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Moda anlayışının nə zaman yarandığı haqqında dəqiq məlumat olmasa da, verilən  məlumatlara görə bu, 12 və 13-cü əsrlərdə aksesuarlar və müəyyən detallı əşyaların yaranması ilə bağlı ola bilər. 

 

17-ci əsrdən başlayaraq isə Fransada saray modası bütün dünya üçün nümunəyə çevrildi və bu ölkə “modanın qanunvericisi” titulunu mənimsədi, bu günə qədər də onu saxlayır. 

18-ci əsrdə İngiltərədə, sonralar isə başqa ölkələrdə də ilk moda jurnalları nəşr edildi.  19-cu əsrdə isə dəb anlayışını artıq ayrı-ayrı şəxslər üçün xüsusi dərzilər tərəfindən hazırlanmış geyimlər təşkil edirdi. 

Bəs sizcə, əziz oxucularımız, dəb onunla  ayaqlaşmaqmı, ya hər kəsin özünə yaraşanı geyinməyimidir?

Mənim fikrimi soruşsanız, mən Nigar Həsənzadəyə görə dəb sənə yaraşanı və sevdiyin geyimi, rəngi ən gözəl formada  təqdim etməkdir. Bəs dəb anlayışı haqqında irəli sürülən maraqlı faktları eşitmisinizmi?Əlimdə olan bu fürsətdən istifadə edərək oxuculara qəribə və maraqlı məlumatlardan, dəbin keçdiyi tarixi yollardan bir neçə nümunə yazacağam.

Məsələn, köynəklərin qollarında düymələr var, siz düşünmüsüzünmü bunlar nə zaman yaranıb? İndi qadınların dəb deyə seçdiyi düyməli köynəklərin əslində bir ehtiyac sayəsində yaranması çox maraqlıdır. Düymələr ilk dəfə 1-ci Pyotrun xüsusi sərəncamı ilə tikilməyə başlayıb. İnsanların köynəklərin qolundan başqa cür istifadə etməsi rus çarını əsəbiləşdirdi. Və o da sonda belə bir hiyləyə əl atdı.

Amma heç də pis hiylə deyil. Mən özüm də düyməli köynəkləri geyinməyi sevirəm.

Sonra digər bir fakt: qədim vaxtlarda uşaq geyimi anlayışı yox imiş, yetkin şəxslərin ən kiçik ölçülü geyimlərini geyinərmiş uşaqlar.

Və indi maneken anlayışı var ki, biz  maneken sözünü eşidəndə insan boyundakı bir kuklanı düşünürük. 19-cu əsrə qədər isə manekenlər kiçik taxta fiqurlarından hazırlanırdı və o fiqurlar həqiqi paltarın

mini surətini geyinərmiş.

Və indi - 2023-cü il: hər il olduğu kimi, hətta hər fəsil olduğu kimi dəb anlayışı inkşaf etməkdədir, bu üslub dəyişəndir. Və 2023-cü ildə də hal-hazırda həm dəblə ayaqlaşan, həm də fərdi dəbini yaradan insanlar vardır. Çoxluq üçün çəhrayı rəng dəbsə, öz fərdi dəbinə üstünlük verənlər üçün ağ daha dəbli ola bilər. 

Bəs ən çox istifadə edilən rənglər hansılardır? Yenə də müxtəlif araşdırmalar nəticəsində bu il həm payız, qış, həm də  gələn il yaz, yay fəsillərində parlaq rənglərə üstünlük veriləcək. Adətən qışda ağ rəng qərəzli olsa da, bu il bu tilsim qırılacaqdır. Lakin hər il dünyaca məşhur "Pantone "şirkəti ilin ən əsas rəngini elan edir. 2023-cü il üçün də  bu əsas rəng "Viva Magentadır". Bu rəng çəhrayı tonların birləşərək qırmızı rəngi yaratmasından əmələ gəlib.

Artıq havalar da soyuyur...

Bəs hansı qalın üst geyimi dəbdir bilirikmi? Bəli, puffer palto ən aktual üst geyimlərindəndir. Son illərin üst geyimlərinə nəzər yetirsək, çoxsunda retro parçaların öz aktuallığını qoruduğunu görə bilərik. Və 2023 öz dəbləri ilə 2024-ə bir işarədir. İlkin məlumatlara görə bej rəngi hər rənglə uyğunluğunu bu il göstərəcək və ağ rənglə birgə də istifadə ediləcək.

Çanta seçimlərinin yenə də çox kiçik ölçüdə olacağı gözlənilir və oversize geyimlər də öz aktuallığını qorumaqdadır. Oversize üslubu ilə pencəklər birləşəcək. Təbii ki, bunlar dəb ola bilən gözləntilərdir. Lakin hamı beləmi geyinəcək, hamıya uyğunmu olacaq, bu müəmmalıdır. 

Amma dəbin bəzi hissələrini elə özümüz formalaşdırırıq, məsələn, rəngləri.  Və üslubu cəhətdən, tərzimiz cəhətdən marağımız artan geyimlər get-gedə dəbə çevrilir. Lakin bəzi hallarda dəb biz geyəni deyil, əksini iddia edir.

Yenə də əvvəldə vurğuladığım kimi, məncə, dəb hər kəsin özünün sevdiyini özünə yaraşan formada təqdim etməsidir.

Özünüz öz dəbinizi yaradaraq, geyindikləriniz içində xoşbəxt olun. Geyimlərin də ruh halımıza böyük təsiri var. Yazılarda qeyd olunmasa da, mənim öz nəzərimdən baxsaq, bu il sarı, yaşıl, qara rənglər də seçilənlərdən idi.

Sonda oxuduğunuz üçün təşəkkür edirəm və istəyərəm ki, əlvan rənglərə üstünlük verərək həyatımızı gözəlləşdirək!

Dəb bizik!

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.