Ramiz Rövşənə daş atanlara xitabən! Featured

“Ədəbiyyat və incəsənət” portalı tanınmış naşir Nurman Tariqin yazısını təqdim edir. 

 

Hakslinin dediyi dövr artıq gəlib çıxıb; indi məlumat, bilgi əldə etmək çox asandır, ən çətin məsələ isə yanlış və doğru məlumatı bir-birindən ayırmaqdır. 

 

Bir neçə gündür kimlərsə böyük şairimiz Ramiz Rövşəni oğurluqda ittiham etməyə çalışır. Onun məşhur və mənim də çox bəyəndiyim "Nə var Allahdan yuxarı, nə var qəbirdən aşağı" şeirinin Nəcib Fazilə aid olduğunu paylaşırlar.

Nə deyəsən, savad çatışmazlığıdır, cahil cəsarətidir, gündəmbazlıqdır.

 

Bir neçə il qabaq mənim də qarşıma çıxmışdı bu şeir və maraq üçün bir azca araşdırmışdım və bu şeirin Nəcib Fazilə aid olmadığını görmüşdüm.

Yenidən gündəmə gəlmişkən ehtiyat üçün Nəcib Fazilin nəvəsi və onun kitablarını nəşr edən "Büyük doğu" nəşriyyatın rəhbəri Əmrah Qısakürəklə əlaqə saxladım və bir də ondan soruşdum. O da təsdiqilədi ki, bu şeir Nəcib Fazilə aid deyil.

O qədər Nəcib Fazilə aid olmayan sözlər paylaşılır ki, bunun qarşısını almaq üçün Əmrah bəygilin də dəstəyi ilə sosial şəbəkədə bir neçə səhifə fəaliyyət göstərir, hətta saytlarda siyahı verirlər ki, bu sözlər Nəcib Fazilə aid deyil.

 

P.S. Məni savad çatışmazlığından çox böyük bir insanı alçaltmaq cəhdləri narahat edir, əsəbləşdirir... Çünki böyklərə ləkə yaxıb özü kimi etməyə çalışmağın milli xarakterimizdə olduğunu bilirəm və hər dəfə bununla üzləşəndə ümidlərim zədələnir.

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.