“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında gedən şeirlərdən ən bəyənilənlərin təqdimatında Sevər Şəhabi həftəsi sona çatır. Bu gün o, “Cəhənnəm-cəhənnəm” deyəcək.
CƏHƏNNƏM - CƏHƏNNƏM
Pambıqları təpməmişdən,
Qulağıma yalan qoyun.
Altıma əqrəb döşəyin,
Üstümə də ilan qoyun.
Yalanlara alışmışam,
Zəhər ilə qarışmışam,
Taleyimlə barışmışam,
Baş altıma saman qoyun.
Burda minlər endilər,
Nədənsə çox sevindilər!
Bəlkə orda da mindilər!
Kürəyimə palan qoyun.
«Ədəbiyyat və incəsənət”
(16.08.2023)