“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında gedən şeirlərdən ən bəyənilənlərin təqdimatında Sevər Şəhabi həftəsi başlayır. Bu gün o, “Alzaymer”dən bəhs edir.
ALZAYMER
Yerlə göyün arasında,
Yıxılıb yatmağım gəlir.
Nə göylərə ulaşmağım,
Nə yerə batmağım gəlir.
Bu dünyanın binasını,
O dünyanın anasını,
Hurisini, sonasını,
Müftəyə satmağım gəlir.
Buraxıb etdiklərimi,
Qaytarıb yediklərimi,
Unudub dediklərimi,
Alzaymer tutmağım gəlir.
Ədəbiyyat və incəsənət”
(09.08.2023)