Tanış olun:Ulduz Qasımlı

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşar bu dəfə sizləri yazıçı, şair, publisist Ulduz xanım Qasımlı ilə tanış edəcəkdir

 

 Ulduz Qasım 1976-cı ildə Cəbrayıl rayonu Mehdili kənd orta məktəbini qızıl medalla bitirib. ADU-nun jurnalistika fakültəsinə qəbul olub, oranı da müvəffəqiyyətlə bitirib.

İlk şeirini 7 yaşında yazıb. Ora məktəb və tələbəlik illərində rayon, respublika mətbuat orqanlarında, radio dalğalarında şeirləri, məqalələri, oçerkləri, hekayələri və esseləriylə ardıcıl çıxış edib. “Mən aşiqəm Qarabağda”, “Tələbə gündəliyi”, “Qürbət Zöhrəsi”, “Xocalı şikəstəsi”, “Açılmayan sirlər”, “Solmayan nərgiz”, “Ağ göyərçinlər”, “Qarabağda qiyamət”, “Qaçan Aslan”, “Maral” kimi kitabların müəllifidir. “Qürbət zöhrəsi”, “Xocalı şikəstəsi”, “Ağ göyərçinlər” romanları Türkiyə türkcəsinə və əsərləri müxtəlif dillərə tərcümə olunub.

 “Xocalı şikəstəsi” (“Xocalı fəryadı”) 2019-cu ildə Türkiyə Mədəniyyət və Turizm nazirliyi tərəfindən ilin yaxşı əsəri seçilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.