Sabah “Qırmızı ləçəklər” romanının müzakirəsi keçiriləcək Featured

Xocalı barədə xeyli bədii ədəbiyyat nümunəsi var və bunların içində “Qırmızı ləçəklər” romanının xüsusi yeri və çəkisi var. Sevgi nədir, ayrılıq nədir, vətəndə vətənsizlik nədir, həbsxanada basqılardan qurtulmaq necə olur, vəzifə başında çoxsaylı bədxaha  əyilməmək, döyüşdə düşmənə qan uddurmaq necə olur, bütün bunlar həmin romandadır. Bu roman gənclərə necə sevməyi öyrədir. Vətənini necə sevməli, xalqını necə sevməli, ailəni necə sevməli…

 

Azərbaycan Nəşriyyatları Assosiasiyası və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə tanınmış yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varislə sabah “Libraff” mağazalar şəbələsinin Elmlər filialında görüş keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş müəllifin Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası çərçivəsində işıq üzü görən, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən "Qırmızı ləçəklər" romanının müzakirəsi əsasında baş tutacaqdır. 

Təşkilatçılar gənclərin nəzərinə bir məlumatı çatdırmaq istəyir ki, görüşdə iştirak etməklə bu dəyərli əsər haqqında müəllifin özündən məlumat ala, fikir mübadiləsi apara və onları düşündürən suallara cavab tapa bilərlər. 

Tarix: 29 iyul 2023-cü il, saat 16:00

 

İştirak üçün qeydiyyatdan keçin: https://bit.ly/VarisYolçuyevləgörüş

Qeydiyyat üçün son tarix: 28.07.2023, saat 22:00

Qeyd: Yalnız müraciəti müsbət dəyərləndirilmiş şəxslərlə əlaqə saxlanılacaqdır.

 #ANAİB #BöyükQayıdış #VarisYolçuyev #Qırmızıləçəklər #Görüş #böyükqayıdış2023

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.