Bakıdakı Rus Evinin Poeziya Klubu çərçivəsində sabah - iyulun 22-də böyük rus şairi, dramaturq, kinossenarist, kinorejissor, aktyor və rəssam Vladimir Mayakovskinin anadan olmasının 130 illiyinə həsr olunmuş musiqili-poeziya gecəsi keçiriləcək.
Bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Gecədə klubun gənc iştirakçılarının ifasında şairin şeirləri səsləndiriləcək. Proqramda, həmçinin pianoçu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu Ləman Cəfərovanın ifasında musiqi nömrələri ifa olunacaq.
Vladimir Mayakovski ХХ əsrin ən böyük şairlərindən biri hesab olunur. Qısa ömrü ərzində Mayakovski özündən sonra bir ədəbi irs qoyub.
“Ədəbiyyat və incəsənət”
(21.07.2023)