“Ədəbiyyat və incəsənət” portalı Kübra Quliyevanın pritçasını təqdim edir.
Əvvəl zaman içində, köhnə hamam içində, xəlbir saman içində Orta Asiyada balaca bir qəsəbə var imiş. Qəsəbədə hər kəsin bir hekayəsi dillərə dastan imiş. O dastanlardan biri də, dəli Adəmin Həvvaya olan eşq dastanı idi. Bir adam görmə qüsurlu bir qadını çox sevirmiş. Qadın görməsə belə adamın sayəsində hiss edirmiş hər şeyi. Səmanı, günəşi, dənizi, heyvanları, mavini, sarını, bəyazı, yaşılı və qaradan başqa bütün rəngləri sevdirmişdi adam qadınına... Getmədikləri həkim, yoxlamadıqları müalicə qalmır, amma qadının gözləri qorxuduğu qaranlıqda yaşamağa məcbur imiş.. Adam vaz keçmir sevməkdən də, sahiblənməkdən də, sevdiyinə sevgini öyrətməkdən də.. Aradan 17 il keçir və bir gün ümid günəşi doğur. Qəsəbəyə xəbər yayılır ki, Almaniyadan gələn bir həkim qurumu bütün xəstəlikləri sağalda bilir. Yenidən inancı alovlanan adam qadının əlindən tutduğu kimi aparır həkimə. Həkim: "Əməliyyat lazımdır gözlərin açılmasına, amma çox risklidir, qadın ölə bilər" demiş. Qadın demiş ki: "Mən Adəm sayəsində qaranlığın içində aydınlığı gördüm, günəşin şüalarını, göy qurşağını hiss etdim, artıq ölsəm də pis olmaram, əgər şansım varsa yoxlayaq". Adəm tərəddüd etsə də qadınını qıra bilmir, qəlbində Allaha yalvarış dolu dualarla əməliyyata yola salır Həvvanı. ... Hekayənin sonunda Həvva gözlərini birdəfəlik qaranlığa yumur. Qadın bir gün, adam hər gün ölür o ölümün ardından. Amma ölüm araya girsə belə adam sevgisini əsirgəməzmiş. Hər gün əlində bir ələk qadına günəşin şüalarını daşıyarmış qadın üşüməsin, qaranlıqdan qorxmasın deyə..
Dillərə dastan Adəmin hekayəsi sevgidən qorxan Adamlara və sevgisizlikdən solan Həvvalara ərmağan..
“Ədəbiyyat və incəsənət”
(24.06.2023)