“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasının daimi aparıcısı, gözəl şairimiz Əlizadə Nuri sizə növbəti şeirini təqdim edir: Sevinc axşam gələcəkdi…
Çıraq oldum, işığımı
Salmağa bir dam olmadı.
Çoxu mənə “ oğul” dedi,
Heç biri anam olmadı…
Bir DÜZ üçün dağ çıxardım…
Dağı lap axsaq çıxardım.
Bu gecədən sağ çıxardım-
Yanımda bir şam olmadı.
Bu əldi, ya boş əlcəkdi?
Nə çəkdisə, boş əl çəkdi…
… Sevinc axşam gələcəkdi-
Gözlədim, axşam olmadı…
“Ədəbiyyat və incəsənət”
(19.06.2023)