“Yenə bir şairə aşiq olmuşam” – Aytac Sahəd Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün Debüt vaxtıdır, Aytac Sahədin şeiri ilə tanışlıqdır.

 

DEBÜT

 

Aytac SAHƏD

 

YENƏ BİR ŞAİRƏ AŞİQ OLMUŞAM

 

Yenə bir şairə aşiq olmuşam,

Sulu gözlərim

Quru sözlərinə möhtac...

Belə, birtəhər yaşayıram.

 

Başqasına yazdığı şeirləri deyir mənə,

Başqasına oxuyacağı şeirləri yazır indi.

Bilirəm, nə deyirsə, yalan deyir,

Gedəcək.

Uzağı bir kitablıq ömrü var.

 

Təkcə şeir yazmır,

Hələ içir, çəkir də.

Kar etmir deyilənlər,

Pis vərdişləri tərgidə bilmir

Pis vərdiş kimi

Tərk edilənlər.

Ondan da çox gediblər...

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.