77 yaşı tamam olan xalq şairi Sabir Rüstəmxanlıya ünvanlanan təbriklər arasında istiqlal şairi, türkçü şair Rüstəm Behrudinin təbriki də yer alıb. “Ədəbiyyat və incəsənət” portalı sosial mediadakı həmin təbrikə diqqətinizi cəlb etmək istəyir:
“Budur, yaradıcılığının sərhəddi ruhunun sərhədləri kimi səhrədsiz olan, böyük fikir və düşüncə adamı, azadlıq savaşçısı, tərcümeyi halını bir millətin azadlıq savaşının tərcümüyi-halına çevirən dostum, savaş qardaşım, istiqlal şairi, çox dəyərli SABİR RÜSTƏMXANLInın doğum günüdür!
Sabir müəllim son 100 ildə adını mənsub olduğu millətin şərəf kitabına yazan tək-tük şəxsiyyətlərdən biridir!
Doğum günün qutlu olsun, qardaş!”
Şəkildə: Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı və Rüstəm Behrudi.
“Ədəbiyyat və incəsənət”
(22.05.2023)