Yazıçı Elçin Hüseynbəyli mükafata layiq görülüb

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda "VEKTOR" BEA-nın Şahmar Əkbərzadə adına beynəlxalq mükafatı növbəti namizədlərə təqdim olunub. Mərasimdə professor Elçin İsgəndərzadə tanınmış yazıçı, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyliyə Avropa Təbiət Elmləri Akademiyasının Azərbaycanda Ədəbiyyat üzrə mükafatını təqdim edib. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Mina Rəşid məlumat verib. Qeyd edək ki, mükafat Azərbaycana ilk dəfə olaraq verilib.

Yazıçı Elçin Hüseynbəyli öz facebook səhifəsində bildirib: “Bir zamanlar "Qaçaqlar" pyesini oxuduğumuz alman klassikinin adını daşıyan "Şiller medalı"nı adaşım, professor Elçin İsgəndərzadə təqdim elədi. Var olsun!”

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.