Etimad Başkeçidin hekayəsi İsrail jurnalında dərc edilib

 

İsrailin “Artikl” ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində yazıçı Etimad Başkeçidin “Veyil dərəsi” hekayəsini nəşr edib.

 

Tərcümə Mərkəzinin məlumatına görə, hekayənin tərcümə müəllifləri – tanınmış İsrail yazıçısı Yakov Şexter və Dövlət Tərcümə Mərkəzinin rus dili mütəxəssisi Püstə Axundovadır.

Qeyd edək ki, səhifələrində, əsasən müasir dünya ədəbiyyatına yer ayıran “Artikl” jurnalının Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq üçün yeni yaradılan “Arfa və lira” rubrikasında Azərbaycan ədəbiyyatının nümunələrinin təqdim ediləcəyi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(27.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.