Baxdım daşa dönmüş xatirələrə…

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında sizlərə Aysel Fikrətin şeirini təqdim edir. 

 

Bu gün yaşadığım doğma şəhərə,

Başqa düşüncəli göz ilə baxdım.

Yanıb külə dönmüş cavanlığımın,

İndi yorğun düşmüş közünə baxdım.

 

Baxdım daşa dönmüş xatirələrə,

O qaçıb büdrəyən deyinən qıza. 

Ayrılıq gününü beyan edəndə,

Sevgidən həsrətin geyinən qıza .

 

Baxdım tələbəlik adın alanda,

Sevincdən bu yolu qaçıb gedənə,

Baxdım ilk görüşə tələsdiyində

Günəşi göylərdə qucub gedənə.

 

Baxdım pis qiyməti alıb çıxanda,

Göz yaşı gözündən axan uşaga.

Eh nələri gördüm bir xatirədə

Xəyallar apardı məni uzağa.

 

Bu gün öz şəhərim, öz işıqlarım,

Mənə yad ölkənin şəhəri oldu. 

İndi bu çıngılın sevdiyim yollar,

Həsrətin canımdan keçən yoludu.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.