“Ədəbiyyat və incəsənət” portalı çox sevilən “Qısa fikirlər xəzinəsi” rubrikasında bu gün sizlərə Martin Haydeggerin fikirlərini çatdıracaq.
***
Düşünmək – varlığı şükranla yad etməkdir.
***
Nitsşenin “Səhra böyüyür” sözü... düşünülmüş bir söz,.. həqiqi sözdür... Günümüzün, bəlkə, üzərində ən çox düşünülən sözüdür...
***
Gözəllik həqiqətin alın yazısıdır…
***
Bizi qurtarsa, bir Tanrı qurtara bilər.
***
Ömrüm boyu gözlədim ki, biri gələcək və mən də onunla dərin-dərin söhbətə başlayacağam. Amma o gəlmədi.
“Ədəbiyyat və incəsənət”
(13.04.2023)