“Ədəbiyyat və incəsənət” portalında sabah görkəmli şair Əşrəf Veysəlli ilə Aida Eyvazlının müsahibəsi yayınlanacaq.
Aida Eyvazlı müsahibəni redaksiyamızla bu anonsla təqdim edib:
- Əşrəf müəllim, söhbətimizi yekunlaşdırıram. Bir xoş söz deyin.
- Sevinirəm ki, nəhayət Azərbaycanın bir yiyəsi var, dövlət güclü olanda yaşamaq eşqi də güclü olur. O bir qədim bayatımız var e... “Sərkərdə diri olsa. Gedərmi ordu bada”... Dünya dövlətləri də bizimlə razılaşmağa başlayıb. İndi inanırsan ki, öz dövlətin var... Necə ki, səhərin açılmasına inanırsan. Dövlətə elə inanmalıyıq.
“Ədəbiyyat və incəsənət”
(06.04.2023)