Ədəbiyyatımızla bağlı regionlarda keçirilən istənilən tədbir diqqət mərkəzinə gəlməlidir. Çünki ədəbiyyat paytaxt despotunda qaldıqca inkişafını itirmiş olur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Yardımlıda yaşayan şairlərlə görüş təşkil edilib. Öncəsdən qeyd edək ki, Cənub bölgəsinin baş şəhəri olan Lənkəranın bölgənin digər guşələrinə bu qayğısı təqdir olunmalıdır.
Görüşə yardımlıdan olan şairlərdən Sakit Ilkin, Mərdan Dadaşlı, Pənah Dumanoğlu, Guloglan Imanov, Səfail Aqiloğlu, İqbal Nəhmət və saz ifaçısı Çingiz Əhmədov qatılaraq Lənkəran oxucularına xoş ovqat bəxş ediblər.
İqbal Nemət portalımlza açıqlama verərək söyləyib: “Möhtəşəm təşkilatçılığa görə Heydər Əliyev Mərkəzinin rəhbərliyinə, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri Qafar Cəfərliyə, dostumuz, görüşün baş tutmasında böyük zəhməti olan Cəfər Fətullayevə, görüşdə iştiraklarına görə başımızın tacı olan şəhid analarına, Lənkəran ədəbi mühitinin görkəmli nümayəndələrinə, məktəblilərə, ziyalılarımıza, oxucularımıza, şairlərin şeirlərini ifa edən qiraətçi dostlara ürəkdən təşəkkür edirik! Davamlı olsun, gələn ayaqlar, görən gözlər, duyan urəklər var olsun!”
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)