Azərbaycanın əməkdar jurnalisti, tanınmış və sevilən ziyalı Qulu Məhərrəmli Bakıda keçirilən kitab sərgilərinin əhəmiyyətindən bəhs edərək söyləyib:
-Oktyabr ayının ilk ongünlüyünü Azərbaycanda KİTAB DEKADASI dövrü adlandırmaq olar. Bu dekada çərçivəsində Bakı Ekspodakı beynəlxalq kitab sərgisində görkəmli tarixçi Əkbər Nəcəfin yeni çap olunmuş “Şəmsəddin Eldəniz” (Altun kitab, 2021) kitabının təqdimatı əsl bilik bayramına çevrildi. Tarixə yeni baxış, naşirlərin kitab işinə peşəkar yanaşması, gənclərin kitab və millət sevgisi məni çox duyğulandırdı…
Hesab edirəm ki, həm Ekspodakı, həm də Bakı İdman Oyunları sarayındakı beynəxalq sərgi və milli satış-sərgisi kitabı insanlara daha bir addım yaxınlaşdırdı. Artıq kitaba soyuqluq aradan qalxır, kitab sərgilərdən məktəblərə, evlərə, oradan da insanların şüuruna, həyat və düşüncə tərzlərinə yol açır. Buna yalnız sevinmək, təşəbbüsçülərə və təşkilatçıkara “sağ ol” demək lazımdır.