Ölkəmizdə rusdilli ədiblər az deyil. Görkəmli xalq yazıçılarımız Çingiz Abdullayevdən, Elmira Axundovadan, Natiq Rəsulzadədən tutmuş ecazkar şairələrimiz Nigar Həsənzadəyə, Sabina Zulalovayadək, gənclərə - Sahib Məmmədova, Səidə Sübhiyədək. Bakıda, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİMM) nəzdində Ədəbiyyat klubunun açılışı olub.
Məqsəd də elə məhz gənc rusdilli ədiblərə dəstək olmaqdır.
Birinci görüşün qonağı Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının və Beynəlmiləl Yazıçılar İttifaqının üzvü Sahib Məmmədov olub. O, şeir sənətinin əsas qaydaları və bədii yaradıcılıq barədə ustad dərsi keçib, gənc şair və müəlliflərin qarşılaşdığı əsas çətinliklər mövzusunda sualları cavablandırıb. Bu sayaq tədbirlər vaxtaşırı olacaq.
“Ədəbiyyat və incəsənət”
(14.02.2023)