NÖVBƏTİ EKSPRESS-SORĞUNU TƏQDİM EDİRİK
Rubrikanın aparıcısı Habil Yaşar bu dəfə kitabaevərlərdən “Ən çox hansı janrda bədii ədəbiyyat oxumağa üstünlük verirsiniz?” sualına cavab alıb.
Cavid Nəbiyev:
Məni ən çox klassik dünya ədəbiyyatı cəlb edir. Buna misal olaraq Cek Londonu, Ernest Hemenqueyi, Fyodr Dostoyevskini göstərə bilərəm.
Firuzə Ağayeva:
Ən çox dedektiv janrda olan əsərlər diqqətimi çəkir, çünki baş vermiş hadisənin üstündə olan o "sirr pərdəsi" adamı düşünməyə vadar edir.
Bu halda da əsər daha çox diqqət çəkir, həyəcanlandırır. Əslində dedektiv janrda inkişaf bir süjet xətti üzrə getmir, bu da əsərin təsir gücünü artırır.
Bir sözlə, fikrimcə dedektiv janrı çox tənqid olunsa da ən çox da oxunulan janrdır.
Son zamanların ən çox oxuduğum Elxan Elatlıdır.
Şəhla Sultan:
Əsasən drama və dedektiv əsərlərə üstünlük verirəm. Klassik Azərbaycan detektivlərini, xüsusən Cəmşid Əmirovun ,,Brilyant məsələsi", "Qara Volqa" kimi əsərlərini heç nəyə dəyişmərəm.
Xəyalə Umudova:
Müxtəlif növ janrlarda oxumağı sevirəm. Mənimçün təki roman, povest, hekayə və s. - nəsr əsəri olsun.
Tural Nəbiyev:
Maraqlı bildiyim bütün kitabları oxumağı sevirəm. Ancaq ən çox tarixi janrda yazılan kitabları oxumaq istəyirəm. Çünki tarix keçmişimizi öyrədir. Keçmişini bilməyən isə gələcəyini qura bilməz. Ümid edirəm ki, gənc yazarlarımız bu mövzuya müraciət edəcək. Bilinməyən, tanınmayan qəhrəmanlarımızı, onların yaşadığı dövrü, dövrün çətinliklərini oxuculara tanıtdıracaqlar.
Mətanət Məhərrəm:
Detektiv, tarixi mövzular mənə maraqlıdır. Psixoloji mövzular da maraqlı olur.
Xatirə Həsənova: Əsasən, klassikanı bəyənirəm, triller və romantik janrları sevirəm.
Və ən nəhayət, sonda rubrikanın aparıcısı da öz variantını təqdim edir.
Habil Yaşar:
Hansı janrda yazılmasından asılı olmayaraq gözəl əsərləri oxumağı sevirəm.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)