Gənc şair Fərid Hüseyn Serbiyada "Povelja Morave" adlı beynəlxalq ədəbi mükafata layiq görülüb. Fərid Hüseynin açıqlamasına görə, mükafat pul və diplomdan ibarətdir. Eyni zamanda şair Çaçak şəhərinin Mırçayevçi qəsəbəsindəki şairlər məhəlləsinin girişində yerləşən bulağın yanındakı daş lövhəyə adının xüsusi mərmərə həkk edilərək vurulması xoşbəxtliyini yaşayıb.
Fərid Hüseyn beş şeiri ilə qatıldığı bu ədəbi mükafatın indiyəqədərki ən gənc laureatıdır və şairin bildirdiyinə görə, bu ödül Balkan və ətrafı ölkələrdə çox böyük nüfuza malikdir.